| |
23 dekabr 2015 – ci il tarixində "Pətək" İB – nın Tika ilə birgə həyata keçirdiyi "Sağlam qida – sağlam nəsil" layihəsi çərçivəsində yaradılmış "Sağlam olaq" klubunun növbəti görüşü baş tutdu."Sağlam olaq" klubunun analarla bu dəfəki görüşü Binəqədi rayon 83 saylı məktəbdə oldu. Görüşə "Yeni nəsil" valideyn klubunun rəhbəri Sevinc Quliyeva ,"Sağlam olaq" klubunun rəhbəri Xuraman Əsgərova gəlmişdi. "Sağlam olaq" klubunun rəhbəri Xuraman Əsgərova çıxışı zamanı qeyd etdi ki : "Klubumuzun yaradılmasının əsas məqsədi gələcəyimiz olan uşaqlara sağlam həyat tərzini aşılamaq, gələcəyimizi sağlam dayaqlar üzərində qurmaq üçün sağlam düşüncəli yeni nəslin yetişməsinə dəstək olmaqdır. Uşaqlarla bərabər analarla işləməyin vacibliyini nəzərə alaraq, bu görüşləri keçirməyi lazım bildik". "Yeni nəsil" valideyn klubunun rəhbəri Sevinc Quliyeva öz çıxışında: "Əziz analar, unutmayın ki, uşaqlar bizi təqlid edirlər. Uşaqlarımızın sağlam həyat tərzi keçirməyini istəyiriksə, ilk növbədə bizim sağlam həyat tərzi keçirməyimiz vacibdir ” deyə bildirdi. Görüşün keçirilməsində bizə dəstək olan məktəb direktoru Nəbi Mahmudova və məktəb koordinatoru Aynur Məmmədovaya təşəkkürümüzü bildiririk.
| |
|
Cəmi şərhlərin sayı: 0 | |
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |