Bilirsinizmi at ayaq üstə yatır?
Atlar insanlara ən asan alışan heyvanlardandır. Bu ev heyvanları sahiblərini hec vaxt tərk etməzlər. Əvvəllər insanlar maşın əvəzinə atlardan isifadə edirdilər. Atların bədənləri hər zaman 38 dərəcə istilikdə olmalıdır. Bu onların sağlamlığını qoruyur. Bilirsinizmi atlar ayaq üstə yatırlar. Bəs niyə onlar yatarkən yerə yıxılmırlar? Çünki, atların ayaq sümüklərinin yıgılabilmə qabliyyəti var. Atlar arpa, buğda kimi bitkilərlə qidalanır və şəkəri də çox sevirlər.