Sualları cavablandırır "Pətək" İB-nin psixoloqu Şəhla Hilalqızı
Salam.Mənim oğlumun 10 yaşı var.O,yatdığı zaman onu durğuzanda (öz
yerinə qoymaq üçün)qəribə hallar keçirir.Məni qucaqlayıb qışqırır.I dəfə
komputer oyununa reaksiya verdi ki, mən öldürürəm o ölmür,mən komputeri
qadağan etdim.II dəfə qolu vururam qapıdan keçmir deyə,daha sonra
şahmat oyunu oynadi qışqırır ki atı qoyuram getmir və gözlərini açmaq
istəmir özünə gəldiyi zaman isə heç nəyi xatırlamır.Bu nədən ola
bilər.Bu hallar ancaq onu oyadan zaman baş verir.
________________________________________________________________________________________________________________________________________
assalam aleykuma shehla xanum.Saytinizla tanis oldum.maraqli
saytdir.size bir sual verim,usaqlardan biri ders oxumag istemir.ancaq
rəsm cekmeyi xoslayir,onu nece derse oxumaga heveslendirmek olar?
_________________________________________________________________________________________________________________________________
Salam saytınızla bu gun tanış oldum cox da xosuma gəldi.Sizə işinizdə uğurlar arzulayıram.Mən evdə 3 oğlumla "dərs oxu" problemi yaşayıram.Onları dərs oxumağa meylləndirə bilmirəm.Mən dəməsəm oxumazlar.Xahiş edirəm məsləhətinizi əsirgəməyin.Təşəkkürlər
Salam. Sualınıza cavabı bu məqalədən ətraflı oxuya bilərsiniz.
http://www.petek.az/index/ders_oxumaq_istemirem/0-289
________________________________________________________________________________________________________________________________
Uşağın məktəbə hazırlığını aydınlaşdırmaq üçün xüsusi testdən keçməsi lazımdırmı?
Salayeva Əminə, Bakı ş.
Lazım deyil.Adətən uşaqlar 6-7yaşında məktəbə gedirlər.Əgər bu zamana qədər uşaq bağçaya gedibsə, artıq məktəbə hazır olmalıdır.
Əgər hansısa tərəddüdlər və ya uşağın özünü aparmasında ehtiyat ediləcək məsələlər varsa, o zaman müraciət etmək olar.
______________________________________________________________________________________________________________________________________________
Bir il əvvəl mən həyat yoldaşımı itirdim.İki oğlum var,6 və 10 yaşlarında. Mən bilirəm ki, yaxşı anayam, lakin onlara atalarını necə əvəz edə bilərəm?
Süleymanova Aytən, Sumqayıt ş.
Böyük Yaradan sizi güc və səbrlə mükafatlandırar.Əlbəttə yaxşı olar ki, başadüşən, həssas bir insanla ailə qurasınız.Əgər hələlik bu mümkün deyilsə o zaman uşaqlarınız atalarının kişi qohumları- baba, əmilərlə tez-tez görüşsünlər. Beləliklə onların qarşısında təqlid edilməli kişi obrazı olacaq. Qadın bütün arzularına rəğmən kişi ola bilməz və atanı əvəz edə bilməz. Həmçinin yaxşı olardı ki, uşaqların məktəbdə müəllimləri( və ya müəllimi) kişi olsun və uşaqlar da ondan örnək ala bilsinlər. Əgər bu da alınmırsa,oğlanrınızla məsləhətləşib onları sevdikləri bir idman növünə yazın. Çox hallarda oğlanlar üçün məşqçilər təqliq etalonuna çevrilirlər.
_______________________________________________________________________________________________________________________________________________
Если я принимаю ребенка, так как есть, значить ли это, что я не должна никогда на него сердиться?
Рена Алиева, Баку.
Нет не значит. Скрывать и тем более копить свои негативные
чувства ни в коем случае нельзя. Их надо выражать особым образом. Можно обсуждать действия ребенка, но не его чувства, какими бы
нежелательными или «непозволительными» они не были. Раз они у него
возникли, значит, для этого есть основания.
_____________________________________________________________________________________________________________________________________________
Uşaq gecələr yerini isladır.Bu valideynin hər hansı bir səhvindən baş verə bilərmi?
Şəfiyeva Sənubər, Bakı ş.
Məktəbəqədər yaşlarda bu normal fizioloji haldır və uşağın hələ özünü saxlaya bilməməsi ilə bağlıdır.Əgər uşaq bir müddət etməyib və sonra birdən yenidən islatmağa başlayarsa bu halda artıq hansısa psixoloji faktordan danışmaq olar (məs.stress,müxtəlif qorxular). Həmçinin də güman ki, bu hala hansısa xəstəlik səbəb ola bilər(məs.soyuqdəymə və s.).
_____________________________________________________________________________________________________________________________________________
Как уложить ребенка спать?
Сева Ахмедова. Баку.
Чтобы
легко просыпаться утром, ребенок должен спать не меньше 10 часов,
но уложить чадо в кроватку не всегда просто.Родителям нужно запомнить простые правила.
Переход ко сну должен стать чередой приятных ритуалов, совершающихся
в одно и то же время. Стакан теплого молока, добрая сказка, и мягкая игрушка помогут малышу быстрее заснуть.
______________________________________________________________________________________________________________________________________________________
Atanın hər zaman özünü göstərməsi, tez-tez "mən sənin yaşında artıq bunu edirdim,çox oxuyurdum və "mümkün deyil” sözünü bilmirdim” deməsi, uşağı belə üsulla tənbəllikdə məzəmmət etməsi düzgündürmü?
Tapdıqova Ceyhunə, Bakı ş.
Təbii ki, olmaz, əksinə bu uşağa ziyan gətirə bilər. Hər bir uşağa individual yanaşmaq lazımdır. Belə müqayisə ilə onun özünə güvənini itirə və təhqir olunmuş vəziyyətə çatdıra bilərik
Mən öz altı yaşlı oğlumu çox sevirəm. Indi mən işsizəm, buna görə əsəb keçirirəm və daima oğluma qışqırır, bəzən əl qaldırır, bir sözlə əsəbimi onda sakitləşdirirəm.
Yusifova Aysel, Bakı ş.
Uşağın üstünə səsinizi qalldırmaq, hətta vurmaq heç bir halda olmaz. İnşAllah tezliklə iş taparsınız, hər şey qaydasında olar, hər bir halda özünüzə belə vəziiyyəti rəva görməyin. Bir də ki, uşaq Allahın bizə əmanətidir. Asudə vaxtınızı bir müddət iş axtarmaqdan başqa istiqamətə yönəldin, köməyi olar.
______________________________________________________________________________________________________________________________________________
Mən hər zaman uşağımın istənilən arzusunu yerinə yetirməyə çalışıram, lakin o tez-tez əsəbiləşir və kaprizləri olur.
Kərimova Günel, Bakı ş.
Bəzən uşağa "yox” demək labüddür. Onların hər şıltaqlıqlarını, arzularını yerinə yetirmək doğru deyil.Beləliklə biz onların nəyəsə olan zövqlərini almış olarıq, onları doydurulmuş vəziyyətə gətirmiş olarıq, lakin mühümdür ki, uşaqlar kiçik yaşlarından özlərində olanı qiymətləndirməyi bacarsınlar. Axı həyatda həmişə elə olmur ki, sizin istək və arzunuz yerinə yetirilsin. Bir gün belə faktla qarşılaşan oğlunuz, bərk məyus ola bilər.
______________________________________________________________________________________________________________________________________________
Bizim 5 yaşlı oğlumuz mağazalarda isterik hallar keçirir, "onu al, bunu al” tələbləri edir. Biz də onun dediklərini almaq məcburiyyətində qalırıq, əks halda insaların yanında utanırıq.
Əliyeva Kəmalə, Gəncə ş.
Çalışın mağazada özünü aparmaq qaydalarını oğlunuza aydın şəkildə izah edin, alınacaq malların siyahıısını tutun və uşağınıza hər hansı bir oyuncaq və ya şirniyyat almağa söz verin. Əgər uşağınız mağazada özünü pis apararsa, əhəmiyyət verməyin, alış-verişinizi davam edin, lakin öncə onun yadına müqavilənizi salın. Əgər uşağınız yerə uzanıb istədiyinin tələb edirsə, bəzən belə bir üsul da kömək edir onu bir azacıq yerə sıxırsınız. Axı, o gözləyir ki, onu qaldıracaqsınız, lakin gözlədiyi olmur, balaca alıcı çaşqın vəziyyətə düşür.
12 3