BİLİRSİNİZMİ HEYVANLARDA QUYRUQ NƏ ÜÇÜNDÜR?

Pişiyi və ya iti quyruqsuz təsəvvür etmək çətindir. Ümumiyyətlə heyvanlara quyruq nə üçün lazımdır?  Bəzi heyvanlara- inəyə, ata quyruq  yay vaxtı milçək, ağcaqanad,mozalanı özündən uzaqlaşdırmaq üçün kömək edir. Itlər isə quyruqları ilə danışırlar. Sahibini görən it quyruq bulayır. Bu isə onun sevindiyini göstərir. Əgər itin quyruğu bir balaca qalxıbsa, bu o deməkdir ki, "mən sənə toxunmaram, sən də mənə toxunma, pis olar”. Aşağı sallanmış quyruq isə itin nədənsə qorxduğunu və ya sahibinə itaətdə olmasından xəbər verir. Canavar , tülkü və şimal tülküsü quyruqlarını yorğan kimi istifadə edirlər. Qışda qardan çala qazır, kömbə kimi yumrulanır, quyruqları ilə burunlarını soyuqdan qoruruylar.  Tülkü və canavara quyruq həm də sükan rolunu oynayır, kənara tez dönməyə kömək edir. Sincab üçün də quyruq həmin vəzifələri icra edir. Quyruğu ilə ağac budağına sallanır, başı aşağı sallanaraq ağacdan meyvəni dərir.

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930