Bir məktubla verilmiş söz

Əziz müəllimim Xalid bəy!

 Düz 2 ildir ki, sizin o böyük məhəbbətinizdən və qayğınızdan uzaq düşmüşəm. Qəlbimdə sizə qarşı olan bu həsrətə bir məktubla necə son qoya bilərəm,onu da bilmirəm?! İki ildir başladığım müəllimlik həyatımda anladım ki,bir müəllimin ən böyük vəsaiti sevgidir. Mən indi başa düşürəm ki,siz bizə elm öyrətməklə bərabər müəllimliyin sevgi dolu sirrlərini də öyrətməyə çalışmısınız, amma biz bunun dəyərini anlamamışıq. Təəssüf  ki, insan bəzi şeyləri ancaq yaşadıqdan sonra başa düşür. Siz məni və bütün şagirdlərinizi  çox sevirdiniz. Bizə sevgi dolu bir vəzifə aşıladınız. Bunu bizə qarşı olan davranışlarınızla göstərdiniz. İndi isə bu məsuliyyəti biz sizdən aldıq. Artıq sizin bizə verdiyiniz o dərin sevgini biz də öz şagirdlərimizə verməliyik. Çünki,sevgisiz bir müəllimin ruhsuz və ölü bir cənazəyə bənzədiyini  düşünürəm. Əziz və hörmətli müəllimim, mən də həm öz adımdan, həm də bütün yoldaşlarım adından sizə söz verirəm ki, biz də sizin kimi sevgidolu bir müəllim olmağa çalışacayıq.

Dərin hörmət və sevgi ilə şagirdiniz Kəmalə İsayeva.




SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930