Bilirsinizmi buludların ağırlığı nə qədərdir?
Əziz uşaqlar, buludların ağırlığı 300 000 tona çata bilir. Doğrudan da mavi, göz oxşayan göylərə baxdıqda, heç ağlımıza da gəlməz ki, quş kimi süzən buludlar bu qədər ağır ola bilər. Lakin yağışa hazır olan buludlarda 300 000 tona yaxın su yığılır. Buna heyrətlənməmək olmur. Necə olur ki, belə ağır buludlar göy səmada süzür və yer üzünə düşmür.