Bilirsinizmi,xurma ağacı insana bənzəyir?
Ramazan bayramında süfrələrin bəzəyi olan xurmanın yetişdiyi ağac xarici görünüşünə və bir sıra digər xüsusiyyətlərinə görə insana bənzəyir. Bu oxşarlıqlar aşağıdakılardır:
1.Həm insan, həm də xurma ağacının dik və geniş gövdəsi var.
2.Hər ikisində ata (erkək) və ana (dişi) fərdlər ayrıdırlar.
3.İnsanın bədənindəki saçlar və tüklər kimi, xurma ağacının da üzərini liflər örtür.
4.İnsanın şiddətli suya ehtiyacı olduğu kimi, onun da bol suya ehtiyacı var.
5.Ömrü ortalama insan ömrünə bərabərdir.Təxminən 60-70 il, bəzən də 130 il yaşayır.
6. Bala verməsi insanda olduğu kimi 15 – 40 yaş dövrünü əhatə edir.
7.Ən əsası insanın qəlbi olduğu kimi, xurma ağacının da qəlbi var. Ağacın təpəsində incə liflərin arasında "cummar” adlanan hissə var. Xurma ağacının yarpaqları onun ətrafından çıxaraq onu qoruyur. Əgər bu hissə qüvvətli zərbəyə məruz qalarsa ağac məhv olar.