Bir sınaqdan keçirək....
Şagirdlərinə sevgi və xoşrəftarı təlqin edən müəllim ilk növbədə bu dəyərləri özü yaşamalıdır. Xoşrəftar olmaq, sevgi göstərmək əslində çətin bir şey deyildir. Bir yaxşılığı, bir gözəl əməli edən müəllim, çox xoşbəxt olar və rahatlıq hiss edər. Bunun üçün kiçik şeylər etmək yetərlidir. Gəlin bir sınaqdan keçirək... Müəllim olaraq biz, qonşularımıza yardım edək, qarşılaşdığımız şagirdlərimizə ürəkdən və parıltılı baxışlarla salam verək. Öz dünyasına qapanmış uşaqlara”necəsən?” deyərək onlarla maraqlanaq. İş yoldaşlarımızla ürəklə salamlaşıb, hal-əhval tutaq. Həyatdakı məsuliyyətlərimizi, vəzifələrimlizi xatırlayaq. Görəcəyik ki, darıxdırıcı, bezdirici dünyamız işıqlı, nurlu, hüzurlu olacaq və bunların təsiri üzümüzdə də əks olunacaqdır. Bu zaman o işıqla, nurla girdiyimiz sinifdəki uşaqlar sevimli bir müəllimlə qarşılaşmağın təsiri altında qalacaqlar. Həmçinin həmin dərs sevgi abu-havası ilə və çox maraqlı keçəcəkdir. Gəlin bunu bir sınayaq...