Müstəqil fəaliyyət göstərən "Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi qeyri-hökümət uşaq təşkilatıdır. İctimai Birlik 29 aprel 2009-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatından keçmişdir. (№ 1109-Q28-2731). Milli əxlaqi dəyərlərə sahib çıxan hərtərəfli inkişaf etmiş uğurlu nəsil yetişdirmək istəyi bizi "Pətək” İctimai Birliyini yaratmağa sövq etdi.
Missiyamız:
Tərbiyə işi mədəniyyətinin təkmilləşdirilməsi və cəmiyyətdə tətbiqi.
Məqsədimiz:
Uşaqlarımızı hərtərəfli inkişaf etmiş, cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirmək.
Dəyərlərimiz:
1. Vətənə məhəbbət və dəyərlərinə sadiqlik.
2. Milli və əxlaqi dəyərlərə riayət.
3. Ailə və onun qorunmasının vacibliyi.
4. Tərbiyə-gələcəyimiz olan uşaqların haqqıdır.
Prinsiplərimiz:
1. Eyni prinsipləri paylaşan hər kəslə əməkdaşlıq.
2. İşdə kollektivçillik.
3. Uşaqların tərbiyəsinə yaradıcı, yenilikçi yanaşma.
4. Tərbiyədə uşaqlara heç bir fərq qoymadan eyni münasibət bəsləmə.