Böyük - kiçik anlayışını öyrətmə

 

Materiallar: iki ölçülü (böyük və kiçik) dairə dəstləri, müxtəlif rəngli iki qutu. Belə dəstləri ev şəraitində kartondan hazırlamaq da olar. Əvvəlcə eyni rəngli dairələrdən istifadə edin. Uşağın  qarşısına iki qutu qoyun. Birinə kiçik dairə digərinə böyük dairə qoyun. Uşağa dairələri göstərin və qeyd edin ki, eyni ölçülü fiqurları (məs. böyük fiqurları)bir qutuya qoysun. Məsələn: Bu böyükdür -hanı böyük? Hanı böyük dairə? Böyük olanı göstər! Yaxşı anlaması üçün böyük və kiçik deyərkən  jestlərdən də istifadə edin.

Uşaq dairələri nümunələrə düzgün qoymağı öyrənəndə ona müxtəlif rəngli dairələr  təklif edin. Tapşırıq birrəngli dairələrdə olduğu kimidir. Növbəti mərhələdə uşağa on dairə verin və onları iki qutuya nümunəyə uyğun yerləşdirməsini xahiş edin. Həmçinin uşaqdan böyük və kiçik qaşıqları yemək dəstləri olan qutuya və ya  atanın böyük, özünün  kiçik corablarını rəfə yerləşdirməyini  xahiş edin.

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Dekabr 2024  »
BeÇaÇCaCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031