Çiçəkdən göyçək
Elvin gedib bağçadan,
Dərdi bir dəstə çiçək.
Dedi, yəqin bunları
Nərmin sevinər görcək.
Tez- tələsik yüyürdü
Bacısının yanına,
Oyuncaqlar Nərminin
Daraşmışdı canına.
Elvinin əllərində
Başını əydi çiçək,
Nərmin baxıb gülürdü,
Özü çiçəkdən göyçək.
(Mənsurə Qaçayqızı)