Dərsi gözəl şəkildə nümayiş etdirin.
- Şagirdlərin düşünmə,təfəkkür qabiliyyətini artırmaq üçün tez - tez suallar verin.
- Öyrətməyin üsul və vasitələrindən istifadə edin.
- Səs tonunuzu idarə edin.
- Jest və mimikalarınızdan düzgün istifadə edin.
- Şagirdlərlə səmimi, isti dialoqlar qurun.
- Dərsdə bir neçə metoddan birlikdə istifadə edin ( yazdırma, izah etmə, oxutma, sual vermə).
- Özünüzü idarə edin. Tez - tez şagirdlərin öyrənmək istəkləri ilə maraqlanın.
- Cəza və mükafatlandırma üsullarından yerində və doğru şəkildə istifadə edin.
- Sinifdə mütəmadi olaraq hərəkət edin.