"Dəvə-Cücə”oyunu
Bir uşaq sayılaraq başçı seçilir. Digərləri baş oyunçunun qarşısında yan-yana düzülür. Başçı ”dəvə” deyincə uşaqlar birlikdə ayağa qalxmalı, ”cücə” deyincə isə həmin dəqiqə oturmalıdırlar. Başçı bu kəlimələri cəld şəkildə söyləməyə başlayır.Bəzən bir neçə dəfə dəvə, bəzən də cücə deyir. Bu arada oturub-qalxarkən səhf edən və gecikən uşaqlar oyundan çıxır.