Diqqət və yaddaş.
Obyektlərin sabitliyini göstərmə.
Materiallar: kiçik oyuncaqlar və stəkanlar . "Oyuncaqlar” mövzusu şəkilli kartlar dəsti ilə keçirilir. Kiçik uşaqlar gözü ilə görmədiklərinin doğurdan da olub-olmamasına çox da əmin olmurlar. Bir qədər çətin tapşırıqlar bölümünə keçməzdən əvvəl əmin olmalısınız ki, sizin uşağınızda obyektin daimliyi haqqında təsəvvür var və o həqiqətən də gözü qarşısında gizlədilmiş oyuncağı axtarır.
Bundan sonra onun gözü qarşısında stəkanın altına iki-üç kiçik oyuncaq gizlətmək olar.Sonra sual verin: İt hanı? Və ya Maşın haradadır? və s. Uşaq oyuncaqları tapmağı öyrəndikdən sonra ona kartlardan da istifadə edərək belə tapşırıqlar vermək olar.
Uşaqla birgə kartlara baxın və kartlardakı iki-üç rəsmi adlandırın və lazımi jestlərdən istifadə etdikdən sonra onları çevirin və soruşun: Top hanı? Uşaq lazım olan şəkli qaldırmalıdır.