Eyni anlamının formalaşması.
Materiallar: cüt şəkilli kartlar, oyuncaqlar, ərzaqlar, geyim, mebel mövzularından, həmçinin uşa üçün loto
kartları(4-6 rəsmli). Uşağın önünə iki-üç sadə rəsmli kart qoyun, eynilərini
özünüzdə saxlayın. Əvvəlcə uşağa eyni kartları birini digərinin üstünə qoymağı
öyrədin. Sonra öz kartlarınızdan birini uşağa göstərin və onun qarşısında olan
kartlardan hansı ilə eyni olduğunu soruşun. Oyun üçün əvvəlcə cüt kartlardan
istifadə olunur, sonra loto kartlarından (4-6 rəsmli) istifadə etmək olar. Uşaq
kartları bir -birinin üstünə qoymağı öyrəndikdən sonra bütün ailə ilə loto oyunu oynamaq çox maraqlı olacaq.