Həndəsi fiqurları öyrətmə
Materiallar: həndəsi fiqur dəstləri - eyni ölçüdə üçbucaq, dairə və
kvadratlar. Onları müxtəlif rənglərdə etmək olar. Belə həndəsi
fiqurları qalın kardondan və rəngli kağızdan hazırlamaq olar. Əvvəlcə bir rəngli
fiqurdan istifadə edin. Uşağın önünə iki qutu qoyun. Hər qutunun içinə nümunə -
birinə kvadrat digərinə dairə qoyun. Uşağa fiquru göstərin, adını deyin və
lazım olan qutuya qoymasını tələb edin. göstərərək ki, İşarə barmağınızla göstərib "eynisini qoy"deyib ona kömək edin. Uşaq doğru öyrənməyə başladıqdan sonra öyrəndiyi fiquru fərqli rənglərdə də təklif edin. Tapşırıq bir rəngli fiqurlarda olduğu
kimidir. İlk fiquru yaxşı öyrəndikdən sonra növbəti mərhələdə ona başqa fiqur
verib rənginə və formasına görə qutulara yerləşdirməsini istəyin. Öyrənmə prosesində daha
üç növ fiqur da təklif etmək olar. (üç qutuda növlərə ayırsın) Fiqurlarla müxtəlif oyunlar da oynamaq
olar. (Məs. ayı ancaq dairə peçenye, it isə yalnız üçbucaq peçenye sevir, ayının sevdiyi dairə peçenyaları gətir və s.)