Fiziki şiddətlə- vurmaqla qorxutma
Bir gün mənə birinci sinifə gedən iki qardaş göstərdilər. Bu qardaşların hər şeydən qorxan, ürkək bir görünüşləri vardı. Birinin adı Zaur, o birinin adı Kamran idi. Məktəb yoldaşları çox sadə şeylərlə onları qorxudub ələ salırdılar.
Ailəsi ilə maraqlandıqdan sonra hər şey aydın oldu. Uşaqların çox zalım bir ataları var idi. Ən adi şeylərə görə onları döyüb incidirdi. Zaur bir xəta edən kimi, dərhal üzərinə gedib indi mən sənin gününü göstərərəm səfeh uşaq deyib uşagı vururdu. Kamranı da tez-tez döyürdü. Bu kişi uşaqları döyərkən əsasən qulaqlarını çəkdiyi üçün onların ağır eşitmə problemi var idi.
Qəlbində zərrə qədər də mərhəmət hissi olmayan bu adamın əlində ən zəkalı uşaqlar belə səfeh olub gedərdi.