Nə üçün gəmi suda batmır?
Əziz uşaqlar, hamınız bilirsiniz ki, gəmini dəmirdən düzəldiblər. O, insanları və ağır yükləri daşısa da heç vaxt batmır. Niyə? Ona görə ki, gəmidə sərnişin və yüklərdən başqa hava da var. Hava isə sudan çox yüngüldür. Gəmini elə düzəldirlər ki, onun müəyyən bir hissəsi hava ilə dolmuş olur. Məhz bu, gəmini suyun üzərində saxlayır və onu batmağa qoymur.