Ağzını aşağı edərəm dolar,
Yuxarı edərəm boşalar. (Papaq)
Adam belində, xallıca ilan. (Kəmər)
Barmağıma ala gözlü,
Sarı ilan salınıb. (Üzük)
Bədəni var, başı yox.
Qolları var, ayağı yox.
Qarnını yirt, qanı yox. (Köynək)
İki kürküm var,
On qardaşa çatar.
Bunu kim tapar? (Əlcək)
Səhərdən duraram,haçaya minərəm,
Haçasız heç yana getmərəm. (Şalvar)