Oyunun adı: Gizlənqaç Ən azı 2 nəfərlə oynanılır.
Faydası: Uşağa zamanla yarışmağı, sosiallaşmağı öyrədir.
Kimlər oynayar? Həm qızlar, həm oğlanlar.
Necə oynanılır? Gizlənqaç evdə də oynanıla bilər, amma gizlənəcək yer az olduğundan, küçədə oynamaq daha uyğundur. Bu oyunda uşaqlardan biri qolunu divara qoyur, başını da qolunun üstünə qoyub gözlərini yumaraq saymağa başlayır: 1,2,3 ... və beləliklə 50 - ə qədər sayır. O, saydığı vaxtda digər uşaqlar gizlənməyə yer axtarır. Uşaq sayıb qurtardıqdan sonra “ Açdım qaç, gizlən qaç” deyərək açıb axtarmağa başlayır. Bu zaman digər uşaqlar onun yerindən uzaqlaşmasını gözləyir, o, uzaqlaşdıqdan sonra bir - bir gizləndikləri yerlərdən çıxıb “vurdum- vurdum” deyə qışqırmağa başlayarlar. Belə olduqda isə onlar bir daha gizlənmək haqqı qazanmış olurlar. Gizlənmək haqqını qazana bilməyən uşaqlar arasında bir seçim edirlər və bu dəfə seçilən uşaq gözlərini yumub saymağa başlayar. Oyun beləcə davam edir.