Hacıleylək
Gəl qon bizim bağçaya
Hər il gələndə bahar
Ağacların başında
Səbət boyda yuvan var.
İlanları görəndə
Fikirləşmə bircə an.
Şaqqıldat dimdiyini
Yapış düz boğazından.
Axı ilan quşların
Yuvasını tez görür.
Yeyir yumurtasını,
Körpəsini öldürür.
Sən ilanın qənimi,
Biz də sənin dostunuq.
Dağıtmarıq yuvanı
Gəl həmişə dost olaq.
(Zahid Xəlil)