İpək dəsmal
Ramiz bağçaya gedir,,
Yamanca şadlıq edir.
Güllü ipək dəsmalı,
Yaxasından asılı.
Çirklənsə üzü-gözü,
Dəsmala dəymir özü.
Tezcə silir qoluna.
Qorxur dəsmal bulanar.
Köynəyinin qolu çirk,
Üzü-gözü dolu çirk
Bağçadan gəlir Ramiz,
İpək dəsmal tərtəmiz.
(Aləmzar Əlizadə)