LİMON

 

           Limon- ətri və gozəlliyi ilə hər birimizin sevdiyi sitrus meyvəsidir. Limonun faydalı xüsusiyyətlərini öyrənməklə, sağlamlığımızla bağlı bir çox problemləri həll etmiş olarıq. Limon sizə xəstəliklərinizdən xilas olmağa, yeni xəstəliklərin qarşısını almağa kömək edər. Limon C vitamini mənbəyidir. Təkibində həmçinin üzvi turşular, saxaridlər, B, P, A qrup vitaminləri, pektin, kalium,kalsium, fosfor, dəmir, maqnium duzları var. Limonun ətirli qabıgı efir yağı ilə zəngindir. Limonun faydalı xüsusiyyərləri bizim sağlamlığımızda boyük rol oynayır:

 

  • Orqanizmi toksinlərdən təmizləyir, həzmə kömək edir.
  • Ürək döyüntüsünü tənzimləyir.
  • İshalı kəsir.
  • Qanı təmizləyir.
  • Limonu doğrayıb  kişmişlə bərabər qaynatmaq və balla qarışdırıb qəbul etmək qan azlığına kömək edir.
  • Burun qanaması zamanı buruna çəkilir.
  • Öskürək zamanı limon qabıqlı şəkildə nanə ilə qaynadılıb balla qarışdırılaraq içilir.
  • Qəhvə içməzdən əvvəl limonlu su içmək qəhvənin zərərini aradan qaldırır.
  • Limon suyu ilə ağızı yaxalamaq ağızdan gələn pis qoxunu aparır.
  • Limonun qabığı dəri xərçənginə qarşı güclü vasitədir.
  • Səhərlər bir fincan ilıq limonlu su qəbul etmək arıqlamağa kömək edir, kofein ehtiyacını azaldır, sinir sistemini sakitləşdirir, bədənə enerji verir.
  • Qaraciyəri təmizləyir.
  • Limon qabığı dişləri ağardır, diş ətini möhkəmlədir.
  • Limon suyu dəridəki ləkələrə və civzələrə kömək edir.
  • Boğaz ağrılarında limon suyu ilə qarqara etmək olar.

 

Qeyd: Çox limon yemək təzyiqin aşağı düşməsinə və diş ətinin qanamasına səbəb ola bilər.

                                                 Hazırladı: Aytən Ömərova

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930