MƏNİ DUYURSANMI ANA...

          Hər birimiz evimizdəki körpələrin sürətlə böyüdüyünün şahidi oluruq. Lakin, bu böyüməni yalnız fizioloji böyümə kimi dəyərləndirməməliyik. Körpələrimiz həm də, psixoloji cəhətdən inkişaf edir, bir şəxsiyyətə çevrilirlər. Heç bilirsinizmi bu dövrdə onlara nə qədər yaxşı və pis mənada təsirlərimiz olur?!  Heç özümüz də bilmədən onların qorxaq, yalançı, xudbin böyüməsinə səbəb oluruq. Bəs onda nə etməliyik? Necə nümunə olmalıyıq ki, onlar cəsarətli, qərarlı, qətiyyətli bir şəxsiyyət kimi yetişsinlər. Gəlin, övladlarımızı çox sevdiyimizi onlara bildirək. Onların bu sevgidən ərköyünləşib sui-istifadə edəcəyindən də qorxmayaq. Bu heç də belə deyil!Əksinə bu onlarda özünə inam,güvən duyğusunun inkişaf etməsinə səbəb olacaq. Uşaqlar hər dəfə nə isə yeni bir şey etmək istəyəndə onları həvəsləndirməliyik. Övladımızın  gördüyü işə qadir olmadığını düşünsək belə  həvəsdən salmamalıyıq.Və eyni zamanda ona bildirməliyik ki, nə olursa-olsun biz onu sevirik. Hər bir ananın övladına olan sevgisi sərhədsizdir. Lakin uşaq beyni bunu hələ dərk etmir.Tez-tez gəzinti zamanı şahidi oluruq ki, analar  yerəyıxılan övladını danlayır: "yoluna bax”, "ayağının altına baxsaydın yıxılmazdın” və s.kimi cümlələr işlədirlər. Heç bilirsinizmi uşaq yıxılan anda sizin üzünüzə baxıb nə eşitmək istəyir?Gəlin, təsəvvür edək ki, uşaq yox biz yıxılmışıq. Bu zaman hansı hissləri keçirərik? Bir anlıq çaşqınlıq və ağrı. Bu halda sizi üstəlik kimsə danlasa necə? Bax,  yıxılan uşaq da həmçinin eyni hissləri keçirir. Ən adi hadisə get-gedə ana ilə uşaq arasında  uzaqlaşma yaradır. Hər buna bənzər  hadisədən sonra uşaq ananın onu və  hisslərini başa düşməyəcəyinə inanır. Halbuki övladının bir azca əzilməsindən panikaya düşən ana onun yıxılmasına görə çox pis olduğu halda öz hisslərini düzgün çatdıra bilmir. Bu cür vəziyyətdə övladımıza qayğı ilə yaxınlaşıb "əzildinmi?” " çox ağrıyır,bilirəm” kimi cümlələr qursaq uşaq uzun-uzadı ağlamaz, şıltaqlıq etməz və eyni zamanda başa düşüldüyünü hiss edər. Bu uşaq üçün çox vacibdir.

         Əziz analar, gəlin, övladlarımızı duyaq. Onların müəyyən hərəkətlərilə bizə göndərdikləri "məni duyursanmı” mesajını anlayaq və vaxtında cavablandıraq.  Bu yolda saytımız sizə yaxından kömək edəcək. Petek.az saytı uşaqlarınızın  tərbiyəsində sizə bələdçi olacaq, psixoloji yardım göstərəcək. Bizi izləyin!

                                                                                                                                                                                                                                                                                                         Psixoloq: Kəmalə Əliyeva



                                                                                                                 
            


 

                                                




       

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930