Əməyin bəhrəsi

(bir müəllimin şagirdi haqqında məktubu)

         Kamal çox məsuliyyətsiz bir uşaq idi. O, qətiyyən dərslərini oxumaq istəmirdi. Mən onun təhsilinin yarımçıq qalmaması üçün əlimdən gələni etdim. Hətta şənbə və bazar günləri də onun təlimi ilə məşqul olurdum.Müəllim yoldaşlarımdan bir neçəsi də mənim bu fədakarlığımı doğru bir addım olaraq qəbul etmir və deyirdilər;
- Sənin bu qədər etdiyin fədakarlıqların qədrini kim biləcək , yoxsa elə bilirsən ki, maaşını artıracaqlar ?
 Bəlkə də onların bu dedikləri sözlər doğru idi, amma buna baxmayaraq mənim vicdanım Kamalı tək buraxmağa yol vermədi.
          Aradan uzun illər keçdi, mən artıq təqaüdə çıxmışdım. Dərs dediyim şagirdlərim məni görməyə gəldikləri zaman mən özümü çox xoşbəxt hiss edirdim. Çünki onlar mənim mənəvi övladlarım idi. Ürəyim də bir az zəifləmişdi. Bu qədər uzun bir müəllimlik həyatına ürəkmi dözər ?
          Bir gün gözlərimi açdım ki, xəstəxanadayam. Düz qarşımda gözlərinin içi gülən gənc bir həkim dururdu.
 - Əziz müəllimim , gözlərimiz aydın olsun artıq yaxşısınız!
 - Can!!! Kamal balam sənsən?
 Mənim üçün  dünyada bundan daha böyük bir xoşbəxtlik ola bilməzdi. Bu həqiqətən böyük bir nəaliyyət idi.


SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930