Mağazada uşaq şıltaqlıqları

 

qin ki, bütün valideynlər mağazada olarkən uşağın: "Ana, al, al!” tələbi ilə qarşılaşıblar. Uşağın mağazadakı şıltaqlıqları ata-ananı çıxılmaz vəziyyətə salır: ya pul yoxdur, ya da ev oyuncaqlarla doludur. Bu an ana və ya ata təxminən belə fikirləşir: " Hər kəs mənə baxır!”, "Məni pis valideyin sayırlar!”, "Düşünürlər ki, bu necə valideyindir ki, bir oyuncağa görə uşağı bu vəziyyətə salıb.”, "Onlar düşünür ki, mən tərbiyyə etməyi bacarmıram.” ...Uşaq isə mağazada elə səhnələr göstərir ki, adamın əlləri yanına düşür. Belə hallarda nə etməli? Təslim olmaqmı, yoxsa sonadək getməkmi?

Əvvəlcə düşünmək lazımdır uşaq şıltaqlıqları və hər şeyi almaq tələbi haradan, nədən yaranır. Valideynlər tez-tez uşağa oyuncaqlar, geyim, şirniyyat alaraq onlara öz sevgilərini göstərməyə çalışırlar. Körpə anlamır ki, bütün bunlar pulla alınır, ana, ata, nənə, baba isə bu yolla uşağa kifayət olmayan qayğı, diqqət və ünsiyyətinin əvəzini verməyə cəhd edirlər. Uşaqlara sevgi kor-koranə deyil, ağıllı şəkildə verilməlidir. İlk növbədə uşaq sizin hədiyyələrinizə deyil, özünüzə ehtiyac duyur. Lakin o,artıq alışıb ki, əzizləri onun bütün istəklərini yerinə yetirsinlər və etirazla qarşılaşanda evdə isterik vəziyyətlər yaradır. Uşağın sevgisini qazanmaq üçün onunla  daha çox ünsiyyət qurmaq və oyunlar oynamaq lazımdır.

         Mağazada uşaq şıltaqlıqlarının daha bir səbəbi də televiziya reklamlarıdır ki, uşaqlar orada gördüyü şeyləri mağazada da görüncə qarşısıalınmaz bir istəklə həmin əşyanı əldə etmək istəyirlər. Bu halda onlara reklamdakından daha ucuz, həm də keyfiyyətli məhsul təklif etmək və mütləq televiziyaya baxmaqda məhdudiyyət qoymaq lazımdır.

         Bəs necə etməli ki, uşaq "Mənə bunu al” deyib sizi çıxılmaz vəziyyətdə qoymasın?

 Uşaq hər dəfə mağazada bir şey almanızı istərkən ona YOX deməyi bacarmalısınız. Almayacam dediyiniz şeyi nə olursa olsun almayın. Bir dəfə onun ağlamağına və ya mağazadakı səs küyünə dözməyib istədiyini alsanız bundan hər dəfə istifadə edəcək. Əvvəlcə ona sakit-sakit istədiyi şeyi ala bilməyəcəyinizi başa salın. Daha şiddətli  ağlamağa başlayarsa onu qucağınıza almağa çalışmayın.Sadəcə mağazadan çıxın. Uşaq tezliklə sakitləşib arxanızca gələcək.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930