Müəllimliyin harasındayıq...
Hər bir müəllim günün sonunda özünə dəfələrlə bu sualları verməlidir:
"Mən nə edirəm? Nəyin
fərqindəyəm? Nəyin fərqində deyiləm? Daha da yaxşı olmağım üçün nələri etməliyəm?”
Müəllimlik adi peşə deyil. Yaxşı müəllimdə vacib olan şəxsiyyət
xüsusiyyətləri çox öyrənmə ilə qazanıla bilər. Bacarıqlı müəllimlərin çoxu bu
xüsusiyyətləri çalışaraq əldə edirlər.
Ancaq şəxsiyyəti inkar edən xüsusiyyətlərin əksəriyyəti yanlış biliklərin
nəticəsidir.
Müəllimlik elə bir peşədir ki, onun sənətkarı da
insandır, işləyəcəyi maddəsi, obyekti də insandır. Ona görə də müəllim olan kəs ilk öncə özünü islah etməyə, qüsurlu
xüsusiyyətlərini yox etməyə çalışmalıdır.
Şəxsiyyətin yetişməsi üçün ən
vacib addım şagirddəki gərəksiz və mənfi xüsusiyyətləri bacardıqca tez yox etməkdir.
Odur ki, müəllim vəzifəsini yerinə yetirən şəxs yaxşı bir müəllimin şəxsi
keyfiyyətlərini əhatə edən nəzarət siyahısını özündə tətbiq etməlidir.
Bir müəllim öz misiyasının və sənətinin fərqində olarsa, həyatının mənası dəyişər.
Şagirdlərinə daha da şəfqət və qayğı ilə yanaşar. Aldığı mənəvi həzz artar, ürəyi
sevgi ilə dolar və qəlbi rahat olar.