Şəxsiyyətli müəllim.
İnsan yaradılıb dünyaya gəldiyi gündən etibarən inkişaf etməyə, istər fiziki, istərsə də əqli cəhətdən dəyişməyə başlayır. Amma bəzi xüsusiyyətlər var ki, onlar dəyişmədən olduğu kimi qalır, əsasən də əgər o insan 40 yaşını tamamlayıbsa.
Alov bir meşəni yandıra da bilər, bir xörəyi bişirə də bilər. Burada əsas məsələ bizim bu alovdan necə və hansı məqsədlə istifadə etməyimizdir. Ağıllı və məntiqli bir insan, bu alovdan faydalı bir iş üçün istifadə etməlidir. Sevgi, qorxu, həyəcan, inad, əzm kimi hissləri insan müsbət qiymətləndirib ondan xeyir işlərdə istifadə edərsə, o insan nəaliyyətlər əldə edər. Əgər bu duyğular meşəni yandıran alov kimi qiymətləndirilərsə, bu hər şeydən əvvəl insanın özünə ziyan vura bilər. Beləliklə, o insan gələcək həyatında əldə edəcəyi nəaliyyətlərinə elə özü də mane olacaqdır.
1982-ci ildə Universitetin ikinci kurs tələbələri yeni təyin olunan Psixologiya müəllimlərini səbirsizliklə gözləyirdilər. Çox keçmədi ki, əlində portfeli ilə ciddi siması olan bir müəllim sinif otağına daxil oldu. O, əvvəlcə bütün sinifi öz sərt baxışları ilə süzdü sonra isə lövhəyə yaxınlaşıb orada "1” rəqəmi yazıb, sözlərinə belə başladı: " Baxın bu 1-dir. Bu şəxsiyyət deməkdir. Şəxsiyyət sizin həyatda sahib olacağınız ən qiymətli və ən önəmli şeydir. Daha sonra "1” rəqəminin yanına bir dənə də "0” yazaraq, "Bu da bacarıqdır. Bacarıqlı insan 1-i 10 edən insandır.” Sonra "10”-un yanına bir "0” da yazaraq, "Bu da təcrübədir. İnsan təcrübə qazanaraq 10-u 100 edə bilər.” dedi. Beləliklə 0-lar getdikcə artırdı. " əzm,sevgi” bu kəlimələri deyərək müəllim "0" ları yazmağa davam edirdi.Artıq hər "0” insan şəxsiyyətini daha da zənginləşdirirdi. Sonra isə əlinə silgini alaraq sıfırların qarşısında duran "1” rəqəmini sildi. Lövhədə sadəcə 0-lar qaldı. Beləliklə müəllimin bayaqdan bəri izah etdiyi və uşaqlara öyrətmək istədiyi bir həqiqəti söyləyərək, ilk dərsini başa vurdu. " Əzizlərim, əgər şəxsiyyətiniz olmazsa, digər müsbət cəhətlərinizin olması sizə həyatda heç bir şey qazandıra bilməz.” Uşaqlar müəllimin onlara verdiyi bu ibrətli tövsiyəni eşitdikdən sonra sinifə bir səssizlik çökdü.
Bəli, bu hadisə sadəcə o sinifdəki uşaqlara yox, bütün insanlar üçün də bir ibrətdir. Bacarıqlı və müvəffəqiyyətli müəllimiliyin ilk şərti, şəxsiyyətli olmaqdır. Çünki, digər müsbət cəhətlərin hamısının təməlində mükəmməl şəxsiyyət durur.