Müəllimliyin incəlikləri

       Televizor bir alıcıdır. Fərqli yerlərdə yerləşən studialarda hazırlanan proqramları kameralar qeyd edərək, biz izləyicilərə göstərmək üçün televizor alıcılarına göndərirlər. Əgər izlədiyiniz kanaldakı proqramı bəyənmiriksə, daha maraqlısını tapana qədər kanalları dəyişdirəcəyik. Yox əgər heç bir proqramı bəyənməsək televizoru söndürəcəyik.

      Hamımız bilirik ki, biz televizoru söndürsək də, o yayımlarına davam edəcəkdir. Sadəcə olaraq biz onu izləməyəcəyik. Müəllim də televizor kimidir. Müəllim nə qədər çalışsa da, nə qədər fədakarlıq və mehribançılıq göstərsə də, şagird istəməyənə qədər müəllim o şagirdə heç bir elm öyrədə bilməz. Yəni bir müəllim sinifdə nə qədər əmək sərf etsə də, əlindən gələni edib, bütün gücünü və qüvvəsini səfərbər etsə də, şagird onu dinləmək istəməzsə, bilik almağı arzu etməzsə o müəllimin bütün əziyyəti boşa gedər. Deməli, önəmli olan o dərsi mükəmməl öyrətməkdən əvvəl, şagirdləri dərsi öyrənməyə cəlb etməkdir. Məhz belə müəllimlər öz şagirdləri ilə bağlı istədikləri nəaliyyəti, nəticəni əldə edənlərdir.

     Yaxşı, bəs görəsən müəllim şagirdi dərs öyrənməyə necə cəlb edib sevdirə bilər?

   Əgər bir insan bir verilişi maraqla və həvəslə seyr edirsə, deməli o insan o proqramda çox maraqlı nə isə tapıb. Buna misal olaraq əyləncə, heyvanlar aləmi, macəra, elm kimi insandan-insana dəyişən maraqlar ola bilər. Yəni hər insanın həyatdan gözlədiyi fərqli yeniliklər, maraq duyduğu sahələr var və həmin insan o sahəyə yönəlir. Deməli təsirli və faydalı müəllimin ilk vəzifəsi şagirdlərinin maraq dairəsini, istəklərini, qavrama səviyyəsini müəyyən edərək, dərsi hörmət və sevgi çərçivəsində şagirdlərinə tədris etməkdir. 


SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930