Nəyi, harda, necə etməli olduğunu bilən müəllim, müvəfəqiyyətli müəllimdir.
Unutmaq olmaz ki, müəllim şagirdinin gözündə nümunəvi bir insandır. Xüsusilə də ibtidai təhsil dövründəki şagirdlər özlərinə yaxın münasibət göstərən müəllimlərinə qarşı heyranlıq hiss edirlər. Əgər müəllim, şagirdləri ilə ünsiyyət qurmağın yollarını bilirsə, onların asanlıqla qəlblərini fəth etməyi bacarar. Bir müəllim, şagirdləri ilə olan münasibətini sinifdaxili fəaliyyəti ilə məhdudlaşdırmamalı, məktəb xaricində də şagirdləri ilə yaxın münasibət qurmalıdır. Çünki müəllim sinifdaxili fəaliyyəti zamanı hər şagirdlə tək - tək münasibət qurub, onları daha yaxından tanımaq imkanına sahib deyil. Şagirdləri ayrı - ayrılıqda tanımaq, onların şəxsi keyfiyyətlərinə görə bir davranış qaydası müəyyənləşdirmək üçün dərsdən kənarda da vaxt ayıraraq, onları daha yaxından tanımağa çalışmalıdır.