NAR
Çox faydalı meyvələrdən biri də nardır. Tərkibi C, B1, B2, vitaminləri, dəmir, kalsium, maqnezium, fosfor və başqa minerallarla zəngindir.
● Nar şirəsi orqanları gücləndirir, qanartırıcı xassəyə malikdir.
● Nar enerji verir və yorğunluğu aparır.
● Vücudu, qəlbi, mədəni və diş ətini möhkəmlədir.
● Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
● Nar qabıqlarını çay kimi dəmləyib içdikdə ishalı kəsir.
● Təzyiqi nizamlayır.
● Bağırsaq qurdlarını məhv edir.
● İmmuniteti gücləndirir.
● Qanda şəkərin miqdarını nizamladığına görə şəkərli diabet xəstələri üçün də faydalıdır.
● Damar tutulmasının qarşısını alır.
● Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.
● Nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.
● Nar şirəsi insanın iştahasını artırır.
● Nar şirəsinin tərkibində çoxlu miqdarda antioksidanlar var.
● Mədə iltihabını və ağız yaralarını müalicə edir.
● Revmatizma xəstəliyində ağrayan nahiyəyə nar şirəsi çəkdikdə ağrını aradan qaldırır.
● İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmin tez bir zamanda bərpa olunmasına kömək edir.
Qeyd: Bəzi xəstəliklər zamanı nar və nar şirəsinin istifadəsi qadağandır. Bu - mədə və onikibarmaq bağırsağın xorası, qastrit və tez-tez təkrar olunan qəbizlikdir. Körpə uşaqlara və hamilə qadınlara nar şirəsini çox istifadə etmək məsləhət deyil.
Hazırladı: Aytən Ömərova