Əncir elə bir meyvədir ki, faydası saymaqla bitməz.
- Əncirin tərkibində zəngin fosfor, kalsium, dəmir, kalium, maqnezium maddələri, A, B1, B2, B3, B6, və C vitaminləri var. Tərkibində çox miqdarda fosfor və kalsiumun olduğuna görə sümük və dişlərin sağlamlığı üçün faydalıdır.
- Əncirin tərkibində yuksək miqdarda protein, vitamin və mineralların olması yeni hüceyrələrin yaranmasına kömək edir. Təzə və quru ənciri yeməklə insan bədəninin hüceyrələri təzələnir.
- Tərkibinin liflərlə zəngin olması bədənə daxil olan xolesterinin qana qarışmadan bədəndən xaric olmasına kömək edir.
- Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.
- Körpə əncir yarpaqlarından axan süd ziyilin sağalması üçün yaxşı vasitədir.
- Əncir meyvəsi zehni iş zamanı çox enerji itirən insanların qüvvəsini artırmaq üçün əvəz olunmaz vasitədir.
- Orqanizmdə əzələ və sinir sistemlərinin inkişafına da yardım edir.
- Bütün meyvələr içərisində ən çox mineral toplusu əncirin tərkibindədir.
- Əncirin şirəsindən (doşabından) öskürək, tənəffüs yollarının tutulması zamanı istifadə olunur.
- Tərkibində kaliumun çox olduğundan əncir urək-damar xəstəliklərində çox faydalı hesab olunur.
- Dalaq və qaraciyər, böyrək xəstəlikləri ücün xeyirlidir.
- Əncir ac vaxtı aclıq hissini aradan qaldırır.
- Xalq təbabətində əncirin köməyi ilə zəhərlənməni müalicə edirlər.
- Mədənin işini nizama salır.
- Əgər siz quru öskurəkdən əziyyət çəkirsinizsə 1stəkan sudlə 4 təzə ənciri qaynadın, sonra əncirləri əzin. Alınan məhlulu gün ərzində 3 dəfə ilıq şəkildə yarım stəkan için.
- Anemiya xəstəliyi zamanı əncir qandakı dəmirin artmasına komək edir. Çünki, əncirin tərkibində almadan da çox dəmir var.
- Əncir murəbbəsi ilə içilən çay qızdırmanı aşağı salır, tərləməyə kömək edir.

Diqqət:
Əncir diabet, podaqra və mədə bağırsaq traktının kəskin iltihabı olan xəstələr üçün tövsiyyə olunmur.
Ənciri acqarına yemək daha məsləhətdir.

Əncirin bütün bu xüsusiyyətləri Allahın insanlar üzərindəki rəhmərinin bir göstəricisidir. Rəbbimiz zövqlə yeyilən bu meyvənin içərisində insanın ehtiyacı olan maddələri onun sağlamlığına uyğun şəkildə yaratmışdır.Allahın bu özəl nemətinin Quranda zikr edilməsi də, əncirin çox faydalı olmasına bir işarədir.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930