Övladınızı həddindən artıq qorumayın.Əsmanın hekayəsi
Əsma iki
yaşında ikən anası ilə atası boşanmışdılar. Əsma anası ilə qalırdı. Ana zəngin
bir ailədən olduğu üçün maddi vəziyyəti yaxşı idi. İşləməyinə ehtiyac yox idi.
Bütün vaxtını qızına sərf edirdi. Onu göz bəbəyi kimi qoruyurdu. Uşaq ona göstərilən
hədsiz diqqətdən yorulmuşdu. Nə bir yerdə oynaya biləcəyi bir bacısı, nə də rəfiqəsi
var idi.Uşaq
bayıra çıxa bilmir, istədiyi kimi qaçıb oynamırdı. Başına bir hadisə gəlməsın
deyə anası onu dizinin dibindən ayırmırdı.
Məktəb yaşına gəldiyi halda belə hər işini anası görürdü. Əsma məktəbə başladığı gün qəfəsdən çıxmış quş kimi çaşqın idi. Anasının əlini möhkəm sıxıb buraxmaq istəmirdi. Bir həftə idi məktəbə gedirdi, amma hələ də anası ilə bir partada otururdu. Uşağını düzgün yetişdirmədiyindən xəbəri olmayan ana niyə onun uşağı da o biri uşaqlar kimi sinifdə oturmağa cəsarət etmədiyini başa düşə bilmirdi.
Əsma yalnız terapevt müalicəsi alaraq məktəbə gedib gələ bildi.