Qiymətini itirməyən dəyərlər.
Məhşur bir psixoloq öz mühazirələrindən birində əlinə aldığı qızıl pulu salonda oturanlara göstərərək soruşdu: - Bu qızılı hansınıza verməyimi istəyərdiniz ? Dərhal, dinləyicilərdən bir neçəsi əllərini qaldırdılar. Müəllim dedi: "Əlimdəki bu qızıl pulu sizin aranızdan birinə verəcəm". O, qızılı bir daş parçası ilə cızdı və soruşdu: "Bu qızıl pulu yenə də istəyirsinizmi?” Bayaq qalxan əllər bir daha havaya qalxdı. Müəllim əlindəki qızıl pulu yerə atdı və ayaqları ilə tapdalayaraq dedi: " Hələ də bu qızılı istəyən varmı?” Qızıl artıq həm kirli, həm də cızılmış bir vəziyyətdə idi. Buna baxmayaraq əllər hələ də enməmişdi. Bunu görən müəllim sözlərinə belə davam etdi:
- Əzizlərim, bu gün biz sizinlə bir daha öyrəndik ki, qızılı nə qədər cızsaq da, əzsək də, kirlətsək də, o yenə də qızıldır, dəyərlidir. Siz onu istəməyə davam etdiniz, çünki, bütün bunlar qızılın dəyərini əsla itirmədi. İnsan həyatı da belədir. Biz öz yaşamımız boyunca verdiyimiz qərarların , atdığımız səhv addımların nəticəsində bəzən yorulur, qəlbimiz qırılır, özümüzü pis hiss edirik, amma bütün bunların nəticəsində biz insan kimi dəyərimizi, mənəviyyatımızı itirmirik. Bunu sadəcə biz hiss etmirik. Eləcə də bizi sevən yaxınlarımız, qohumlarımız, dostlarımız, ailəmiz də belə düşünürlər. Həyatımızda baş verən problemlər, keçirdiyimiz streslər, verdiyimiz səhv qərarlar onların bizi sevməsinə mane ola bilməz. Unutmayaq ki,
"Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var".
Bizim həyatımızın qiyməti hansı dəyərlərə sahib olduğumuzla bilinir.
Yaxşı müəllim hər şeydən əvvəl yaxşı bir xarakterə, mənəviyyatı zəngin bir şəxsiyyətə sahib olmalıdır və daima öz üzərində çalışmalıdır.