Qızlar üçün uşaq otağını təmir edərkən çəhrayı rəngə üstünlük verməniz daha yaxşı olar, amma bu mütləq şərt deyil. İstədiyiniz rəngdə boyanı və ya divar kağızını seçdikdə əsasən materialların keyfiyyətinə və onların zərəsizliyinə diqqət yetirin.Çünki, uşaq otağında vaxtının böyük hissəsini keçirir. Uşaq otaqda həm oynayır, həm dərs oxuyur, həm də yatır. Buna görə də uşağın otağını zonalara bölmək olar. Bunu divar kağızlarının köməyi ilə etmək olar. Daha sakit və ya neytral tonlarda yuxu və oxuma zonasını tərtib edin. Çarpayının yanında şəkilsiz divar kağızlarından istifadə etmək məsləhətdir ki, yatarkən və ya dərs oxuyarkən uşağın fikri və diqqəti yayınmasın. Tavanı işıqlı tonlarda və aplikasiyalarla etmək olar. Uşaq üçün istilik sistemini döşəmənin altında düzəltdirin, çünki uşaqların əksəriyyəti döşəmənin üstündə oynamağı sevir. Uşağınızın allergiyası yoxdursa onda yerə təbii materiallardan toxunmuş xalça da döşəyə bilərsiniz. Otaqda çarpayı, məşğuliyyətlər üçün masa, kitablar, geyim və oyuncaqlar üçün rəflər, stullar da mütləq olmalıdır. Pəncərə pərdələrini orqanzadan tikdirərək, bir çox büzmə və bantlar ilə bəzəmək olar. Pərdələrin rəngi və stilində dekorativ balışlar da qoyula bilər.
Məsləhət : Uşağın otağının dizaynını layihələşdirərkən, onun xarakterini nəzərə alın. Qızlar üçün otaq dizaynı
SAYTIN MENYUSU
Block title
Block content
Block title
Block content
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Noyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |