Qreypfurt

                Qreypfurt bir çox faydalı xüsusiyyətlərə malik möcüzəvi meyvədir. Tərkibindəki maddələr orqanizmin sağlamlığını bərpa etməyə qadirdir. Tərkibi A, B, C qrup vitaminləri, kalsium, dəmir, yod, natrium, kalium, mis, karbohidrat, üzvi turşular, fitonsidlər və antioksidantlarla zəngindir. 100 qram qreypfurtda 30 kalori var. Faydaları:

            ● Orqanizmi canlandırır və iş fəaliyyətini artırır.

            ● Yuxusuzluğu aradan qaldırır.

            ● Sinir sisteminə yaxşı təsir edir.

            ● Diş ətindəki qanaxmaları kəsir.

            ● İmmuniteti qaldırır.

            ● Qanda şəkərin miqdarını azaldır. Diabet xəstələri üçün faydalıdır.

            ● Həzmi asanlaşdırır.

            ● Orqanizmi vitaminlərlə zənginləşdirir.

            ● Dərini təravətləndirir, piqment ləkələrini aparır.

            ● Qanın tərkibini yaxşılaşdırdığı üçün anemiyadan əziyyət çəkənlərə faydalıdır.

            ● Qəbzliyi aradan qaldırır.

            ● Qaraciyərin işini stimullaşdırır.

            ● Tərkibində antioksidantların olması bədəndəki xolestirinin xaric olmasına və damarların təmizlənməsinə səbəb olur.

            ● Zəhərli maddələrin, o cümlədən nikotinin orqanizmdən çıxmasını asanlaşdırır. Buna görə də siqaret çəkən adamlara siqaretdən azad olmaq üçün çox qreypfurt yemək və şirəsini içmək məsləhətdir.

            ● Xərçəng xəstəliyinə tutulma riskini azaldır.

            ● Arıqlamağa kömək edir.

               Qeyd: Tərkibində üzvi turşular olduğuna görə, mədə  xəstəliklərindən əziyyət çəkənlərə qreypfurt yemək məsləhət deyil. Bu turşular həm də diş emalını yeyir. Ona görə də qreypfurt yedikdən sonra dişləri yumaq lazımdır. Həmçinin, bəzi dərman preparatlarını qəbul etdikdə bu meyvədən və onun şirəsindən istifadə etmək olmaz.

 

 

 

 

 

 

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930