Bütün oyunçular yan-yana otururlar. Ən başda oturan oyunçu yanındakı yoldaşının qulağına bir kəlimə söyləyir. O,da heç kimə eşitdirmədən eyni kəlməni yanındakının qulağına təkrar edir. Beləcə sıranın sonuna qədər qulaqdan - qulağa fısıldaşma davam edir. Son oyunçu eşitdiyi sözü yüksək səslə təkrar edir. Bu zaman ilk oyunçu oyunun əvvəlində dediyi kəliməni yüksək səslə söyləyir. Aradakı fərq hərkəsi güldürür.
Sonra da sondan önə doğru hərkəs az öncə qulaqdan- qulağa fısıldadığı
kəlməni yüksək səslə təkrar edir. Beləcə səhf edənlər məlum olur.