Rəngləri öyrətmə.
Materiallar: dörd rəngdən ibarət iri mozaika dəsti (qırmızı,göy,yaşıl, sarı) və iki ədəd qutu.
Bu mərhələdə dörd əsas rəngdən istifadə olunur. Qırmızı, sarı, yaşıl və göy. İki müxtəlif rəngli mozaika götürün və hər bir qutuya 1 rəng qoyun. Sonra isə uşağa təlimat verin. Məs:Sarı hanı? Onlar hansı qutudadır? Bunu (sarı mozaykanı) ora qoy.
Öyrənmə prosesində uşağa daha üç-dörd rəngi növlərə ayırmağı təklif etmək olar.
Oyun zamanı uşaqdan mozayka ilə fərqli rənglərdə müxtəlif formalar Məs: sarı rənglərdən ev, göylərdən kvadrat, qırmızılardan gül və s. düzəltməsini istəyin. Mozayka ilə iş zamanı uşaqda kiçik motor bacarıqlarını da inkişaf etdirmiş olacaqsınız.