ŞƏXSİYYƏT BÖYÜDÜRÜK


           Hər birimiz tərbiyəli, fikirlərini sərbəst izah edə bilən, məsuliyyətli və savadlı bir övlad böyütmək arzusundayıq. Uşaqlar bir çox davranışları evdə öyrənir, hətta evdəkiləri yamsılayır. Ona görə də biz uşaqlarımıza ən gözəl şəkildə nümunə olmağı və onlarla düzgün davranmağı bilməliyik. Uşağa bütün hallarda böyüklərin köməyi və dəstəyi lazımdır. Amma hər zaman uşağın seçimlərinə və istəklərinə qarışmaq olmaz. Məsələn: uşağın özünün geyimini seçməsində ona sərbəstlik verməliyik. Onun özünə dost seçməsinə də şərait yaratmalıyıq. Təbii ki, kənardan onun seçimlərinə hər zaman nəzarət etməliyik.
           Əgər valideynlər arasında fikir ayrılığı olarsa, uşaq üçün nəyin yaxşı, nəyin pis olmasını ayırd etmək çətin olur. Belə hal uşağa çox pis təsir edir, onu qapalı, qərarsız, çəkingən və buxovlanmış vəziyyətə gətirib çıxarır.
Uşaqda özünə inam başqa şəxsi keyfiyyətlərdən daha önəmlidir, çünki özünəinam olmayan insanlarda yaratmaq, inkişaf etmək, yaradıcı düşüncə demək olar ki, olmur, onlar hətta qorxurlar. Belə olan halda ailə öz üzərinə bəzi vəzifələr götürməlidir:
- Çalışın ki, məktəbdə və evdə, uşağın öz fikirlərini demək imkanı olsun.
- Ondan sərbəst, heç bir təzyiq olmadan fikir və düşüncələrini deməsini istəyin.
- O həmişə nə haqqındasa danışanda onu diqqətlə dinləyin .
- Məktəbdən və dərslərdən başqa, onunla mədəniyyətdən, incəsənətdən və ətraf aləmdən danışın.
- Çalışın ki, onu məktəbdən, imtahan və yarışlardan əvvəl qorxulardan azad edəsiniz.
- Ona səhvlərini tapmaqda kömək edin və doğru olanı öyrədin.
- Uşağı başqalarının yanında danlamayın və təhqir etməyin.
- Onu bacısı, qardaşı və ya başqaları ilə müqayisə etməyin. Anladın ki, əldə etdiyi uğur onun əməyinin bəhrəsidir.
- Onun qabiliyyətlərini görməyə çalışın və inkişaf etməsinə yardım edin.
- Onun əhəmiyyət verdiklərinə siz də önəm verin, hislərinə və müsbət emosiyalarına sevinclə cavab verin.
- Ona başa salın ki, ailədə onu çox sevir və qiymətləndirirlər.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930