Bilirsinizmi azan vaxtı nə baş verir?
Əziz uşaqlar, Çin təbabətinə görə insan bədənində 700 bioloji aktiv nöqtə var. Bu bioloji aktiv nöqtələr dəridə yerləşir. Onlar daxili orqanların “idarəetmə pultu” sayılır. Qədim Çin təbabətində müxtəlif xəstəlikləri müalicə etmək üçün insan bədənindəki bu bioloji aktiv nöqtələrə yandırma, iynə batırma kimi üsullardan istifadə edirdilər. Bunun mənfi cəhəti ondan ibarət idi ki, bu xəstəyə travma verirdi. Elmi tədqiqatlar göstərir ki, gün ərzində bu bioloji aktiv nöqtələrin açılması məhz azan vaxtlarına təsadüf edir.Həmin nöqtələr 15 dəqiqədən 2 saata qədər açıq qalmış olur.Və insan bu vaxt ərzində dəstəmaz alarsa, bu nöqtələr hidromasaj (su masajı) almış olur. Bu vaxt bütün orqanizmdə gedən proseslərin yenidən tənzimlənməsi baş verir.Orqanizm güclənir, gümrah və sağlam olur. Qeyd edək ki, həkimlər Çin təbabətinin sirlərinə yiyələnmək üçün 15-20 il vaxt sərf edirlər. Lakin özün də bilmədən dəstəmazı və namazı öyrənməklə 2-3 günə Çin təbabətinin sirlərinə yiyələnmiş olursan.