Bilirsinizmi şüşə necə hazırlanır?
Şüşə - çox qədim zamanlarda insanlar tərəfindən aşkar edilmişdir. İlk şüşə uzun illər öncə vulkan püskürməsi zamanı lavadan əmələ gəlmişdir. Daha sonralar insanlar öyrənmişlər ki, qumu (silisium – oksidi), təbii sodanı və əhəng daşını yüksək temperaturda (1700 dərəcədə ) qızdırmaqla şüşə hazırlamaq olar. Şüşənin rəngi səffaf olur. Amma hazırlanmış kütləyə müxtəlif kimyəvi birləşmələr qatdıqda rəngli şüşə əldə edə bilərik. Məsələn: dəmir oksidi şüşəni qırmızı, nikel oksidi bənövşəyi və ya qəhvəyi, uran oksidi isə şüşəni sarı rəngə boyayır.
Hazırladı: Aytən Ömərova.