Şüyüd - süfrələrimizdə və yeməklərimizdə ən çox yer alan göyərtidir. Bu bitki sağlamlığımız üçün çox faydalıdır. Şüyüdün tərkibi efir yağı, A, C və B qrupu vitaminləri, karotin, fol turşusu həmçinin dəmir, kalium, kalsium, fosfor duzları ilə də zəngindir. Tərkibində bu maddələrin olmasına görə şüyüd:
● Mədə- bağırsağın işini tənzimləyir, təzyiqi aşağı salır, urəyin fəaliyyətinə yaxşı təsir edir.
● Şüyüdün sidikqovucu xüsusiyyəti olduğu üçün sistit və böyrək xəstəliklərində istifadə edilir.
● Şüyüd həmçinin südverən analarda südü artırır və südəmər körpələrdə əmələ gələn köpü aradan qaldırır.
● Şüyüdün yarpaqları baş ağrısına kömək edir.
● Şüyüd dəmləməsi öskürəyə xeyirdir.
● Şüyüd
immuniteti qaldırır.
● Həzmi asanlaşdırır və iştahanı artırır.
● Yuxusuzluğu aradan qaldırır.
● Əsəbləri sakitləşdirir.
●Damaqda olan soyuqdəyməni sağaldır.