Təşəkkür etməyi bacarmaq

         Uşaqlarımızın tərbiyəsində ən vacib məsələlərdən biri də ona təşəkkür etməyi öyrətməkdir.  Ətrafımıza nəzər salsaq, görərik ki, təşəkkür etməyi bilməyən  nə qədər insan vardır.Təəssüf  ki, bu vacib məsələ valideynlərin çox da fikir vermədiyi, nəzərə almadığı davranışlardan biridir. Təşəkkür etmək sadəcə böyüklərdən gözlənilən bir davranış deyil, uşaqlarımıza kiçik yaşlarından təşəkkür etməyi öyrətməliyik. Təşəkkür etməyi bilməyən  uşaqlar onlara verilən hər şeyə “belə də olmalıdır” düşüncəsi  ilə yanaşar. Təbii ki, bu məktəbdə  də çox vacibdir. Evdə təşəkkür etməyi öyrənən uşaqlar məktəbə gedəndə  dost qazanmağa çətinlik çəkmirlər. Həm müəllim, həm də uşaqlar tərəfindən sevilirlər.

       Uşaqlara təşəkkür etməyi öyrətməyin ən asan yolu onlara nümunə olmaqdır. Etdiyi ən kiçik yaxşı davranışa görə  biz valideynlər onlara təşəkkür etməliyik. Uşaqlar bizdə gördüklərini eynilə təkrar edirlər. Təşəkkür etməyi bacaran valideynlərin,  hər kiçik yaxşılığa görə təşəkkür etməyi bacaran övladları olacaq. 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930