Alaca,ha bulaca,
Səpdirmişəm yamaca.
Düz dırmaşar ağaca.  (Lobya)

Anaxanım atlandı,
Qol qanadı qatlandı. (Kələm)

Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.  (Bibər)

Bostanda var gombul kosa,
Üstü bozdu,içi xasa,
Əzsən dolar qanlı kasa.  (Çuğundur)

Bədəni yerdə,
Saqqalı göydə.      (Turp)

Bir balaca mil daşı,
Yandırır dağı-daşı.  (İstiot)

Bir quşum var bağdadı,
Dimdiyi yarpaqdadır.    (Badımcan)

Bir toyuğum var,
Yer altında yumurtlar.   (Kartof)

Dağdan atsan əzilməz,
Bir yummruğa dözəmməz.  (Soğan)

İşım-işım işıldar,
İlan kimi xışıldar.
İlan deyil, yarpaqdır,
Yatdığı yer torpaqdır.    (Kələm)

Ləyəndə, ay ləyəndə,
Gül boynunu əyəndə.
Yeyirlər kal vaxtında,
Yemək olmaz dəyəndə.  (Xiyar)

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Dekabr 2024  »
BeÇaÇCaCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031