Totu daha yanmayır
Bir gün sobadan yandı,
Totunun baş barmağı.
Yanandan sonra qandı,
Bilmişdi yoxlamağı.
Şəhadət barmağını,
Tutur sobaya sarı.
Yanıb-yanmamağını,
Hiss edir barmaqları.
Soba yansa gəlməyir,
Demə, qanmayır Totu.
Hamı belə söyləyir,
Daha yanmayır Totu.
(İradə Gülfir)