"Uçdu-Uçdu”oyunu
Bu oyun üçün bir uşaq başçı seçilir və o, çox rahat bir şəkildə:
"Uçdu uçdu quş uçdu”
"Uçdu uçdu pişik uçdu”
"Uçdu uçdu dəvə uçdu”
"Uçdu uçdu
xoruz uçdu”
kimi cümlələr qurur. Sadaladığı canlılar uça bilən sinifdəndirlərsə oyunçular qolları ilə uçma hərəkəti edər, yox əgər uçmayan cinsdən bir canlıdırsa hərəkətsiz dayanmalıdırlar. Çaşan uşaqlar oyundan çıxarılırlar.Ən sona qalan uşaq isə oyunun qalibi olur və ikinci oyunda başçı olma haqqını qazanır.