Uşağı zorla yedizdirmək

       Düzgün qidalanma uşağın fiziki və zehni inkişafı üçün vacibdir.Uşağa düzgün və rejimlə qidalanma vərdişi doğduğu gündən aşılanmalıdır. Sübut olunmuşdur ki, körpə yaşından rejimlə qidalandırılan uşaqda özgüvən hissi bələkdən formalaşır. Uşağın qidalanmasında ən böyük problemlərdən biri iştahsızlıqdır. Bir çox analar bir əlində qaşıq, digər əlində boşqabla uşağın ardınca düşərək yemək yedirtməyə çalışırlar. Uşağın iştahsız olmasında ananın rolu böyükdür. Çox vaxt yemək zamanı körpə uşaq doyduğunu bildirən reaksiyalar versə də, ana uşağın çənəsi və burnundan tutaraq onu zorla yedirtməyə çalışır. Beləcə yemək yedirmə həm uşaq, həm də ana üçün işgəncəyə dönür. Zorla yemək yedirmənin uşağı iştahsızlığa sürüklədiyi məlum olan bir reallıqdır. Uşaq acdığını və doyduğunu ifadə edə bilir. Uşağın doyub-doymadığına ananın qərar verməsi onun duğusal inkişafına da mənfi təsir edir. Zorla yedizdirilməklə uşağın sərbəstliyi əlindən alınır. Belə uşaqlar gələcəkdə qayda-qanuna riayət etməyən uşaqlara çevrilirlər. 1,5 yaşdan etibarən uşağa sərbəst yemək yeməyə icazə verilməlidir. Bu yaşda o qaşığı tam olaraq ağızına götürə bilməsə də, yeməyi üstünə töksə də ona bu haqqı tanımaq lazımdır. Burada vacib olan uşağın özünü bir şəxs olaraq qəbul etməyə başlaması, özünəgüvən duygusunun yaranmasıdır.       Uşağınız yeməkdə problem çıxarırsa "Yeməsən də olar. Sonrakı yemək vaxtında yeyərsən" deyib,sonrakı yemək vaxtına qədər heç bir şey verməməklə, ac qoymaqla onda yemək yemə mövzusunda gözəl bir davranış formalaşdıra bilərsiniz. Süfrəni də uşaqla birgə qurmaq olar. Bu işdə əməyi olduğu üçün uşaq yeməkdə problem çıxarmayacaq. Uşaq yeməyi ləng yeyirsə bəzi anaların buna reaksiyası kəskin olur, uşağa "tez ol! nə qurdalanırsan! tələs! və s." kimi sözlər deyərək qışqırırlar. Bu da uşağın iştahına mənfi təsir edir. Süfrə başında uşaqlar çox danışır və dalaşırlarsa, yemək vaxtı və saatına məhdudiyyət qoyun. Məs: axşam yeməyi saat 1800-da başlanacaq, 1815-də bitəcək və süfrə yığışdırılacaq. Belə edilərsə bir müddət sonra uşaqların süfrə arxasındakı mənfi davranışı ortadan qalxacaq. Çünki, uşaqlar ac qalmamaq üçün vaxtlarını oyun oynamağa, dalaşmağa deyil, yemək yeməyə sərf edəcəklər.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930