Uşağınız inadcıldırsa...
Bir çox valideynlərə problem kimi görünən inad, əslində uşağın güclü bir iradəyə sahib olduğunu göstərir.
Uşaqlarınızın inadcıllığının səbəbini bilirsinizmi ?
Uşaqlarınız sizdən fərqli bir düşüncəyə sahib ola bilərlər və bu düşüncələr onlar üçün doğru ola bilər.
Uşaqlarınız sizi müasir dövrə uyğun davranmamaqda ittiham edə bilərlər.
Uşaqlarınız sadəcə sizin diqqətinizi çəkmək üçün inadçı davrana bilərlər.
Onlarla necə ünsiyyət qurmalı ?
1.Onları daim dinləyin, anlamağa çalışın, onlarla dialoq qurun.
2.Onları qucaqlayın, öpün, sevdiyinizi söyləyin.
Onlara qarşı çox səbirli olun.
3. Kiçik inadlarını görməməzlikdən gəlin.
4. Onlarlı doğru davranışlarına görə mükafatlandırın.
5. Dialoqlarda əmrlə danışmayın, bu onların daha da inadçı davranmaqlarına səbəb olar.
6. Düşündüklərini ifadə etmək üçün ona fürsət verin.
Hazırladı: Vüsalə Qarayeva.