Uşağınızın hislərinə dəyər verin.

           Baharın ilk günləri idi. Zeynəb evlərinin bağçasında rəngarəng çiçəkləri görcək ağlına çox gözəl bir fikir gəldi. Anam bu gülləri görsə çox sevinəcək, deyə içi sevinclə doldu. Bu xoşbəxt xəyal içində qucaq dolu gül topladı. Mətbəxə getdi və ordan bir güldan götürüb gülləri içinə yerləşdirdi. Bir azda su əlavə etdi. Sevinclə qaça-qaça mətbəxdən çıxarkən ayağı sürüşüb yıxıldı. Əlindəki güldan da parça-parça oldu. Çiçəklər ətrafa dağıldı. Yan otaqdakı anası səsi eşidib bayıra çıxdı. Balaca Zeynəb qorxudan nə deyəcəyini bilmədi. Yerdəki şüşə qırıqlarını görən ananın qan beyninə vurdu. Geriyə dönüb otaqdan bir çubuq tapıb güldanın  niyə qırıldığını soruşmadan balaca qızı döyməyə başladı. Qızcığaz yalvarırdı:

"Anacan bəsdir, nə olar vurma!"

Qəzəbi keçməyən ana həm vurur həm bağırırdı:

-Mənim sevdiyim güldanı qırdın hə? Şikəstin biri, döyül ki, ağlın başına gəlsin!

Zeynəb əslində gülləri toplayarkən təşəkkür və öpücük gözləsə də, həm döyülmüş həm də təhqir olunmuşdu. Bu haqsızlığa görə anasına kin bəslədi. Ona bir daha ona heç çiçək gətirmədi.

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930