Uşaqlar davranışlarımızı təkrar edir
Biz uşağımıza gözəl nümunə olmasaq, onu necə düzgün tərbiyə edə bilərik? Təəssüf ki, bunsuz mümkün deyil, çünki uşaqlar valideynlərini olduğu kimi təqlid edirlər. Uşaqların bizim ətrafdakı insanlarla nəzakətli davranışımızı görməsi olduqca vacibdir. Uşaq düzgün hərəkət etməyibsə ona səhvini sakit tərzdə, səbirlə başa salmaq lazımdır. Öz qəzəb və əsəbimizi uşağa bildirmək lazım deyil. Başqaları ilə gözəl münasibətimiz, davranışımız uşaqlarımızı tərbiyə etməyin ən sadə üsuludur. Övladlarınıza böyükləri əsəibləşdirən, onları ozündən çıxaran uşaqlar haqqında olan film və verilişlərə baxmağa icazə verməyin. Öz uşağınızla münasibətdə onu həmişə danlayıb mühakimə etməyin. Hamımız bilirik ki,ərköyün sözəbaxmayan uşaqları lazım gəldikdə danlamaq lazımdır, amma yaxşı olar ki, xüsusi üsullarla ona elə yanaşasız ki, dediyiniz sözlər uşağın şəxsiyyətini alçaltmasın. Əks halda sizin tərbiyə metodlarınız qarşılıqlı hörmət və ehtirama əsaslanmaz.
Hazırladı: Əsgərova Xuraman